Qvineyanın məşhur rep qrupunun müsəlmanların müqəddəs Ramazan bayramının bitməsi münasibətilə verdiyi konsertdə dava düşüb. Nəticədə, 24 insan həlak olub, minlərlə insan isə müxtəlif dərəcəli xəsarət alıb.
Konsert Qvineyanın paytaxtı Konakridəki çimərliklərdən birində keçirilib. Mübahisənin yaranma səbəbləri məlum deyil.
Qvineya hökuməti ölkədə bir həftəlik matəm elan edib. Bundan əlavə, mədəni tədbirin təşkilatçılarından olan məsul şəxs də vəzifəsindən azad edilib.
/publika.az/