Rusiya, Türkiyə və İran silahlı qüvvələrinin baş qərargah rəisləri Soçidə bir araya gəliblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı generallar birgə razılaşma imzalayıblar.
Razılaşmaya əsasən, üç ölkə Suriyada qalan İŞİD və Nüsrə Cəbhəsi döyüşçülərinin varlığına son qoymaq üçün addımlar atmalıdır.