1 Avqust 2014 14:35

Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.


Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q. Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.

APA


Müəllif:
Загрузка...