Türkiyə tərəfindən Fərat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Suriyanın şimal şəhəri Cerablusda həyat normala qayıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bölgə yenidən qurulur. İlk olaraq, Cerablusda səhiyyə və təhsil sistemi bərpa olunub.
Məlumatlara görə, Türkiyə bölgəyə fasiləsiz yardımlar göndərir.
216 gün davam edən əməliyyatlarda bölgədən qaçan sakinlər evlərinə geri dönüblər.
Bundan başqa, Türkiyə təhlükəsizliyi təmin etmək məqsədi ilə bölgəyə 5 min polis göndərib.
Qeyd edək ki, Fərat Qalxanı əməliyyatında 2500 İŞİD terrorçusu öldürülüb.