İranın ali dini lideri Ayətullah Əli Xameneyi İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) döyüşçülərinə hazırlıq təlimatı verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təlimata əsasən, etirazlar davam etsə, 140 min SEPAH-çı aksiyalara müdaxilə edəcək.
Bu barədə SEPAH-ın komandiri Məhəmməd Əli Cəfəri məlumat verib.
Cəfəri bildirib ki, ehtiyac olsa, İran ordusundan əlavə döyüşçülər cəlb ediləcək.
Cənubi Azərbaycan Milli Dirçəliş Hərəkatı rəhbərinin müavini Elyar Makuyi isə məsələyə münasibətdə deyib ki, etirazlar davam etsə, çoxlu qan axacaq. Onun sözlərinə görə, 2009-cu ildə baş verən hadisələr təkrarlana bilər.