ABŞ-ın verdiyi açıqlamalar Türkiyəni qane etmir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib:
“ABŞ-ın terrorçuluğa dəstəyi iki ölkə münasibətlərinə ciddi təsir göstərə bilər. Rakka azad edildikdən sonra bizə söz verdilər ki, daha terrorçulara silah verməyəcəklər. Ancaq indi YPG-yə silah yardımı edirlər. Bu silahlarla YPG hazırda Suriyanın ərazi bütövlüyünə təhdid yaradır”.