5 Avqust 2014 11:38
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hadisələrində separatçılara, onlara dəstək verən ölkəyə sanksiyalar tətbiq olunur, ancaq Azərbaycana 20 ildən artıqdır təcavüz edən işğalçı Ermənistana nəinki sanksiya tətbiq edilmir, ona bəzi ölkələr tərəfindən yardım edilir.

Teleqraf.com bildirir ki, bu barədə AMEA İnsan Hüquqları İnstititu, Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı AMEA İnsan Hüquqları İnstititunun rəhbəri, millət vəkili Aytən Mustafayeva deyib.

A.Mustafayeva deyib ki, bu onu göstərir ki, dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar, oyunçular var, amma yaddan çıxarırlar ki, bu maraqların, oyunların arxasında insan taleləri dayanır.

Millət vəkili əlavə edib ki, Azərbaycan 20 il əvvəlki ölkə deyil. Azərbaycanın təbii sərvətləri, geostrateji mövqeyi ilə hər zaman maraq kəsb etdiyini vurgulayan A.Mustafayeva, ölkəmizin böyük yolun ortasında keçid yox, birləşdirici amil olduğunu əlavə edib. Onun sözlərinəgörə, Azərbaycan daha fərqli bir münasibətə layiqdir.

A.Mustafayeva vurğulayıb ki, elə beynəlxalq təşkilatlar var ki, yalnız mandatları çərçivəsində fəaliyyət göstəririlər: "NATO da belə təşkilatdır. Biz NATO-dan siyasi dəstək gözləyirik və ümid edirik ki, bu qurumda bizi başa düşəcəklər. Azərbaycan ötən illərdə özünü yaxşı bir tərəfdaş kimi göstərib".


Müəllif:

Oxşar xəbərlər