Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın dünən gecə saatlarında ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Herbert Raymon Makmasterlə telefon müzakirələri aparıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın sözçüsü ABŞ Milli Təhlükəsizlik müşavirinə PYD/YPG terror təşkilatına silah verilməməsi vacibliyini qeyd edib, bu barədə ABŞ-ın vədlərinə diqqət çəkib.
İbrahim Qalın ABŞ müşavirinə bildirib ki, Türkiyə təhlükəsizlik qayğılarını nəzərə almaq məcburiyyətindədir. Bu məqsədlə də beynəlxalq hüquqa istinad edərək Suriyada İŞİD, PKK, PYD terrorçularına qarşı mübarizə aparır.
Türkiyə rəsmisi amerikalı müşavirə təklif edib ki, hadisələrin səhv anlaşılmaması üçün tərəflər arasında sıx koordinasiya qurulsun.