27 Yanvar 2018 22:08
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun budağı" əməliyyatının 8-ci günündə iki şəhid verib.

Teleqraf.com xəbər verir ki, PYD terror təşkilatının hücumu zamanı daha 11 hərbçi yaralanıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Bu günə qədər Türkiyə Afrin əməliyyatlarında 4 şəhid verib.


Müəllif: Ayxan

Oxşar xəbərlər