6 Avqust 2014 09:48
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas olunublar

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 2 nəfər Nazirliyinin "Seyidli" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 17:50-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 1 nəfər Nazirliyinin "Lökbatan" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub. Əməliyyat saat 18:50-də başa çatıb.


Müəllif: