Livanda fəaliyyət göstərən Hizbullah təşkilatının lideri Həsən Nasrallah Səudiyyə Ərəbistanının Suriya prezidenti Bəşər Əsədə İranla əlaqələri kəsməsi qarşılığında yüksək məbləğdə pul təklifi etdiyini bildirib.
Teleqraf.com "Sputnik"ə istinadən xəbər verir ki, Həsən Nasrallah Səudiyyə Ərəbistanı ilə Suriya rəhbərliyi arasında İranla əlaqələri kəsməklə bağlı danışıqlar apaılır: "Təklifə əsasən, əgər İranla əlaqələrə son qoyulsa, Səudiyyə Suriyada terrorçuları dəstəkləməyəcək, ölkədə inşaat işlərinə milyardlarla dollar xərcləyəcək. Bu təkliflər həm sabiq Kral Abdullah, həm də indiki Kral Salmanın dönəmində irəli sürülüb".
Həsən Nasrallah Əsədin təklifləri rədd etdiyini bildirib: "Bütün bunlar onu göstərir ki, Suriyadakı müharibənin əsl səbəbi İsrailə gedib çıxır. Suriyada milli müqvimət hərəkatının zəfəri ABŞ-ın bölgədəki maraqlarını alt-üst edir".