31 Mart 2018 09:52
2 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Suriyada İŞİD əleyhinə koalisiyanın dəstəyi ilə YPG/PKK terror təşkilatının nəzarət etdiyi ərazilərin yenidən inşası və təhlükəsizliyi üçün ayrılan 200 milyon dollar yardımı dayandırmaq haqqında Dövlət Departamentinə göstəriş verib.

Teleqraf.com bildirir ki, bu barədə “Vall Street” jurnalı xəbər yayıb.

Jurnala danışan ABŞ rəsmisi deyib ki, Ağ Ev Suriyanın gələcəyində öz rolunu nəzərdən keçirir. Bu mərhələdə İŞİD əleyhinə koalisiyanın Suriyada əməliyyatlar keçirdiyi ərazilərin təhlükəsizliyi üçün planlaşdırılan 200 milyon dollarlıq yardımı dondurmaq qərarı verib.


Müəllif: Cavad

Oxşar xəbərlər