İyulun 7-dən bu günə qədər İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda 1898 nəfər ölüb, 9852 nəfər yaralanıb
“Anadolu” Agentliyinə istinadən verilən məlumata görə, bu barədə Fələstin dövlətinin Səhiyyə Nazirliyindən bildirilib. İsrailin hava, quru və dənizdən təşkil etdiyi hücumlarda ölənlərin 434 nəfəri qadın, 79 nəfəri isə uşaq olub. Yaralananlar arasında isə 2877 uşaq, 927 qadın var.
Bu gün İzzədin əl-Qəssam qəsəbəsinə endirilmiş hava zərbəsi nəticəsində 6 nəfər dinc sakin ölüb. Ötən gecədən bəri İsrailin 50 hədəf nöqtəsinə endirdiyi zərbələr nəticəsində, 72 saatlıq atəşkəsdən sonra Fələstin tərəfində ölənlərin sayı 8 nəfər, yaralıların sayı isə 12 nəfər olub.
İsrail ordusundan isə bildiriblər ki, HAMAS ötən gecədən bəri İsrailin cənub ərazilərinə 100 raket atıb və Təl-Əviv düşməni zərərsizləşdirmək hərbi əməliyyatları gücləndirəcək.
/APA/