Cazibədar model Ləman Əlizadə daha bir istedadını üzə çıxarmağa qərara alıb. Model bildirib ki, karyerasını bundan sonra müğənni kimi davam etdirəcək. O, musiqi sahəsində dərin biliklərə yiyələnmək üçün hazırda Türkiyənin Karaca Akademiyasında təhsil alır.
Ləman Əlizadənin səsi musiqi akademiyasının müəllimləri tərəfindən çox bəyənilib. Gənc müğənni Türkiyədə Gülşənlə və başqa ifaçılarla eyni səhnəni paylaşıb. Ləman açıqlamasında ona albom çıxartmaq və klip çəkdirmək təklif olunduğunu da bildirib. Bu sahədə iddialı olduğunu deyən model uğur əldə etmək üçün çox çalışacağını vurğulayıb.
/tabloid.az/