5 İyun 2018 12:39
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin büdcə paketində rüsumlara baxılır.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

S. Mehdiyevin sözlərinə görə, xammal materiallarının gömrük rüsumlarından azad olunması ilə bağlı sorğular göndərilir. “Bu sahədə gələn sorğuları dəyərləndirib müvafiq qurumlara və Nazirlər Kabinetinə göndəririk. Hazırda tariflərin aşağı salınması və ya yuxarı qaldırılması ilə bağlı hər hansı ciddi paket yoxdur. Amma iş adamları tərəfindən gözləntilər varsa, onu da hökumət dəyərləndirib optimal qərarlar verir”, - deyə S. Mehdiyev əlavə edib.

Komitə sədri bildirib ki, bu ilin beş ayının nəticələrinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşır.

Onun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 5 ayında Aİ ölkələrindən idxalda 41% artım qeydə alınıb: "Avropa İttifaqına ixrac əməliyyatlarımız 5 faiz artıb. Keçən ilin beş aylıq nəticəsi görə Aİ-yə ixracımız 3 milyard 464 milyon ABŞ dolları təşkil edibsə, bu ilin yanvar-may aylarının nəticələrinə görə bu göstərici 3 milyard 654 milyon dollar olub".

Komitə sədri bildirib ki, Aİ ölkələrindən idxal əməliyyatları keçən il 660 mln. dollar idisə, bu ilin 5 ayında bu göstərici artaraq 936 mln. dollar olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər