Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiya prezident seçilib.
Teleqraf.com xəbər verir ki, Akif Əlizadə yenidən AMEA prezidenti seçilib.
A.Əlizadə bu vəzifəyə yeganə namizəd olub. Səsvermədə 66 nəfər iştirak edib. Onların hamısı A.Əlizadənin lehinə səs verib.
***
14:38
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiya prezidenti seçkisi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.
Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.