14 Avqust 2014 10:43
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Space-in aparıcısı Seva Camalova rəfiqəsi ilə birgə avtomobil qəzası keçirib.

Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə teleaparıcının rəfiqəsinin idarə etdiyi avtomobil yol kənarındakı qayaya çırpılıb.

Hadisə nəticəsində teleaparıcı və rəfiqəsi müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, Seva Camalovanın baş nahiyəsinə 4 tikiş vurulub.

Hazırda xanım aparıcının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Seva Camalova "Space" telekanalında "Azərlotereya" ASC-nin təşkil etdiyi "Azərlotereya" verilişinin aparıcısıdır.


Müəllif: