14 İyun 2018 15:43
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ayda Azərbaycana gələn turistlərin sayı xeyli azalmışdı. Artıq iki gün əvvəldən Ramazan Bayramı keçirmək üçün ərəb dövlətlərindən ölkəmizə çoxsaylı turist axını başlayıb.

Bu sözləri Teleqraf. com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, dünəndən başlayaraq birbaşa Səudiyyə Ərəbistanının “Flynas” avia-şirkətinin ilk təyyarəsi Azərbaycana enib: “Ramazan bayramlı ərəfəsində, 20 iyuna qədər Bakı şəhərində otellər doludur. Ölkəmizə İsraildən, Rusiyadan turistlərin gəlməsi də gözlənilir. Bayram günlərində ölkəyə gələn turistlər daha çox Qəbələdə, Qubada istirahət etməyə üstünlük verirlər”.

Nahid Bağırov deyib ki, yay mövsümündə azərbaycanlıların çoxu Türkiyədə istirahəti xoşlayırlar: “İyunun 15-dən etibarən Türkiyəyə uçmaq üçun təyyarə tapmaq mümkün deyil. Vətəndaşalrımız yayda Türkiyə və Gürscüstana getməyi seçirlər”.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər