22 İyun 2018 22:39
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi 2 gün sonra qardaş ölkə Türkiyədə çox vacib seçki olacaq. Partiyalardan, namizədlərdən çox ölkə öz inkişaf istiqamətini seçəcək.

Teleqraf.com xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

Onun təxminlərinə görə, prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 45-47, Məhərrəm İncə 29-31, Məral Akşənər 12-14, Səlahəddin Dəmirdaş 10-12 faiz səs alacaq:

“Bir sözlə ikinci tur olmalıdır. Parlament seçkisində isə Cümhur İttifaqı 44-46, Millət İttifaqı 40-42, HDP 11-12 faiz səs qazabacaq. HDP barajı keçsə AKP-MHP parlamentdə üstünlüyü itirəcək”.
N.Cəfərli hesab edir ki, Türkiyədə hakimiyyətə kim gəlirsə-gəlsin, kim seçilirsə-seçilsin Azərbaycana münasibət eyni olacaq:

“İncə prezident olsa ilk səfəri Kiprə, ikinci və əsas rəsmi səfərini Azərbaycana edəcək. Dost, qardaş mesajlar davam edəcək – doğru olan da budur. Azərbaycan Türkiyənin ən böyük sponsorlarından, yatırımçılarından biridir, böyük layihələr, böyük maraqlar var”.


Müəllif: Səxavət

Oxşar xəbərlər