Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:
“general-leytenant” hərbi rütbəsi general-mayor Ayaz Binyət oğlu Həsənova,
“general-mayor” hərbi rütbəsi polkovnik Fazil Köçəri oğlu Ağalarova, polkovnik Məmməd Şəmil oğlu Eminova, polkovnik Elçin Xəzənağa oğlu Xəlilova, polkovnik Rauf Arif oğlu İsmayılova, polkovnik Namiq Qasım oğlu Poladova, polkovnik Mübariz Balağa oğlu Rzayevə, polkovnik Niyaməddin Məhərrəm oğlu Tağıyevə.