“Azadlıq Azad Avropa” radiostansiyasının Azərbaycan bölməsinin rəhbəri Kənan Kazımoğlunun vəzifəsi artırılıb.
“İzvestiya.az”-ın əldə etdiyi məlumata görə, Kənan Kazımoğlu bundan sonra raidonun rus bölməsində də redaktor kimi çalışacaq. Bundan başqa, Dövlət Departamentinin maliyyələşdirdiyi “Azadlıq, Azad Avropa” radiostansiyası rus dilində operativ və dürüst məlumatların yayılması üçün televiziya layihəsinə başlamaq qərarına gəlib.
Bu barədə Londonda qərarlaşmış frilans müxbir, Azərbaycan hökuməti barədə tənqidi televiziya verilişləri və sənədli filmləri ilə yadda qalan BBC-nin keçmiş əməkdaşı Şahida Tulaqanova da öz Facebook səhifəsində məlumat verib.
Özbək əsilli xanım jurnalist bildirib ki, sentyabrın 1-dən “Azad Avropa” radiostansiyasının yeni televiziya layihəsində işə başlayacaq.
Şahida Tulaqanova layihəni Kənan Kazımoğlu ilə birgə idarə edəcəyini də qeyd edib.