13 İyul 2018 08:52
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş vermiş qarşıdurmanın tarixi kökləri var. Bu məsələni aydınlaşdırmaq üçün İrandakı şiə üsyanını özünə nümunə göstərən Azərbaycandakı anti-milli qüvvələrə baxmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu şair Güntay Gəncalp deyib.

O hesab edir ki, Azərbaycandakı radikallar islamdakı tarixi məzhəb problemini həll etmək istəyirlər:
“Yəni, Yezid-Hüseyn problemini həll etmək istəyirlər və özlərini Hüseynin intiqamını alan dinçilər kimi qəbul etdikləri üçün bütün müzakirələrə qapalıdırlar. Buna görə də, çıxış yolu kimi terrorizmə üz tuturlar. Əgər Yəzid yoxdursa, bir Yəzid obrazı uydurmaq lazımdır. Buna görə də, Gəncədə ortaya çıxan problemin tarixi köklərinə baxmaq lazımdır”.

Güntay Gəncalp qeyd edib ki, Hüseynin intiqamını almaq anlayışı Azərbaycan ərazilərində Səfəvilər dönəmində ortaya çıxıb: “Buna görə də, Azərbaycandakı problemin iqtisadi yox, dini kökləri var. Ən yüksək yaşayış həddi, məsələn, illik adambaşına düşən gəlir 50 min dolar olsa da, bu problem həll etmək asan deyil. Onlara görə, Azərbaycanla bağlı heç bir məsuliyyətləri yoxdur. Onların şüarlarına diqqət etsək görərik ki, Yezid-Hüseyn savaşı üzərində bir ideologiya ortaya çıxarıblar.
Buna görə də, demokratiyanın inkişafı da, bu problem həll edə bilməz. Bu anlayışın dövlətçilik anlayışı ilə heç bir əlaqəsi yoxdur. Onlar meydana Yezid-Hüseyn problemini həllediciləri kimi çıxıblar. Diqqət etsək görərik ki, radikallar heç bir halda social-iqtisadi məsələləri gündəmə gətirmirlər. Onlar ancaq Hüseynin intiqamını almaq fikrindədirlər”.

Güntay Gəncalp bildirib ki, İranyönümlü radikallara görə, “Hüseyn yolu”nda adam öldürməklə cənnətə gedəcəklər:

“Buna görə də, özlərindən Yezid obrazı uydururlar. Çünki ortada Yezid olmasa, o zaman, Hüseyn olmağın bir mənası da qalmır. Buna görə də, Azərbaycandakı bu problem demokratik yolla həll etmək mümkün deyil. Çünki onlar demokratiyanı qəbul etmirlər. Hesab edirəm ki, onlarla heç bir güzəştə getmədən mübarizə aparılmalıdır. Onlar ölkənin inkişafı yolunda ən böyük əngəldirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu