14 İyul 2018 13:12
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə dəyişikliklik bu gündən qüvvəyə minir. Artıq əcnəbilər 15 gün müddətində olduğu yer üzrə qeydiyyata düşə bilərlər. Bu da şübhəsiz ki, ölkəmizə turist kimi, yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunu artıracaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Əvvəllər əcnəbilərin 10 gün müddətində qeydiyyata düşdüklərini xatırladan Vüsal Hüseynov qeyd edib ki, Miqrasiya Xidməti tərəfindən müvafiq məlumatlandırma tədbirləri həyata keçirilir: “Bu gündən hazırladığımız video məlumat Miqrasiya Xidmətinin qəbul şöbələrində, hava limanlarında və digər aidiyyəti yerlərdə yayımlanır”.

O, sosial şəbəkə istifadəçilərinə çağırış edərək Azərbaycana səfər edən əcnəbilərin rahatlıq və məmnunluğunu təmin etmək üçün sözügedən məlumatın mümkün qədər çox paylaşılmasında dəstək olmağı xahiş edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər