14 İyul 2018 18:25
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, iyulun 19-da "Altesgroup" Gəncə terrorunu lənətləyən "Bizi sizinləyik, biz terrora "yox" deyirik" devizi altında Gəncə şəhərində kütləvi aksiya keçirməyi planlaşdırır. Həmin aksiyada geniş xalq kütlələrinin iştirakı da nəzərdə tutulur. Görəsən, siyasi partiyalar da bu aksiyaya dəstək verəcəklərmi?

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev indiki həssas dönəmdə ölkədə ümumiyyətlə, kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab etmədiyini bidlirdi:

"Gəncədə terror hadisəsinin arxasında duran qüvvələr və onun iştirakçıları tam müəyyən olunanadək ölkədə açıq havada hər hansı tədbirin keçirilməsi məqsədəuyğun sayılmamalı və bu barədə təşkilatçılarla hüquq-mühafizə orqanları və yerli icra hakimiyyət orqanları izahat işi aparmalıdır. Ən azı bir il belə tədbirlərə moratorium qoyulmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər