Azərbaycan prezidenti İlham Əliyev İndoneziya prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu göndərib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycanla İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.