10 Avqust 2018 16:28
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geostrateji mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını qeyd edən S.Mehdiyev ümumiyyətlə, respublikamızda neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən məmnunluqla bəhs edən Komitə sədri, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini verir-deyə sözünə davam edən Komitə sədri gömrük orqanlarının bu istiqamətdə fəaliyyətindən danışıb, sahibkarlıq subyektlərilə səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin gerçəklədirildiyini, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını vurğulayıb, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni layihələrlə bağlı ətraflı məlumat verib və əyani olaraq bu yeniliklərlə qonaqları tanış edib. Azərbaycan Gömrük Xidmətinin gömrük işinə dair hazırladığı və həyata keçirdiyi müxtəlif layihələrin beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini və bir sıra ölkələrə tövsiyə olunduğunu diqqətə çatdıran Komitə sədri ÜGT-nin İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçiriləcəyini, bu mötəbər tədbirdə BP şirkətinin də iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib, ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan söhbət açan Qəri Cons gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək perspektivlərindən bəhs edib. Azərbaycan gömrüyünün xüsusilə, informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onda çox böyük, xoş təəssüratılar yaratdığını bildirən Q.Cons bu uğurların davamlı olacağına əminliyini ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər