Xəzər dənizində sahilyanı dövlətlərin qarşılıqlı əməkdaşlığı ilə bağlı bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərar qəbul ediləcək.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezindenti Nursultan Nazarbayev sabah Aktau şəhərində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə əlaqədar keçiriləcək sammit barədə danışarkən deyib:
“Son 20 ildə biz Xəzər dənizində ümumi işimizlə bağlı bütün məsələləri həll etmək üçün mövqelərimizi razılaşdıraraq heç də asan olmayan danışıqlar aparmışıq. Buraya Xəzərdə naviqasiya, dənizdəki resurslar, bioloji resursların qorunub saxlanması, ticarət və dövlətlərimizin əməkdaşlığı aiddir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb və biz sabah tarixi qərarın qəbul olunmasını gözləyirik. Bu, bizim hamımız üçün çox mühüm andır”.
Xatırladaq ki, sabah Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan dövlət başçılarının V sammiti keçiriləcək. Görüşdə Xəzərin hüquqi statusuna dair yekun Konvensiyanın imzalanması planlaşdırılı