27 Avqust 2018 13:50
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in nümayəndə heyəti avqustun 28-də təmas xəttində müşahidə missiyasını həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, müşahidə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın mövqelərindən aparılacaq.

İşğal edilmiş ərazilərdəki missiya ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Gennadi Patrik (Moldova), LDPU ofisinin əməkdaşı Martin Şuster (Almaniya) tərəfindən həyata keçiriləcək.

Təmas xəttinin Azərbaycan mövqelərindən isə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun sahə köməkçisi Mixail Olaru (Moldova) və şəxsi köməkçisi Simon Tiller (Böyük Britaniya) vəziyyəti müşahidə edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər