28 Avqust 2018 15:18
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, İran və Rusiya prezidentlərinin Suriya problemi ilə bağlı üçüncü görüşü Güney Azərbaycanın Təbriz şəhərində keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Təbriz ofisinin rəhbəri Babayi Raqib mətbuat verib.

O, hələlik bununla bağlı yekun qərarın verilmədiyini bildirib:

“Hələlik Xarici İşlər Nazirliyi məsələni aydınlaşdırmayıb. Görüş ya Tehranda, ya da Təbrizdə keçirilə bilər. Yaxın günlərdə yekun qərar veriləcək”.

Türkiyənin TRT telekanalı isə Prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 7-də Təbrizə səfər edəcəyini bildirib.

Bu, Ərdoğanın prezident kimi Güney Azərbaycana ilk səfəri olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər