Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak və Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela ilə görüşlər keçirib.
XIN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirlər ölkələr arasında siyasi dialoq, iqtisadi-ticari və digər sahələrdə uğurla inkişaf edən əməkdaşlığın davam etdirilməsi barədə ümumi fikir mübadiləsi aparıblar.
Eyni zamanda tərəflər, Azərbaycanla Avropa İttifaqı arasındakı qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi yollarını müzakirə ediblər.
Görüşlər zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.