13 Noyabr 2018 13:40
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidentinin fərmanlarından irəli gələrək gələn il ölkədə investisiya xərcləri nəticəsində 21 mindən çox yeni iş yeri açıqlacağı proqnozlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsində qeyri-neft sektorunun payının 3.6 faiz artımı proqnozlaşdırılır.

“Neftin bir bareli uzun ümddətli proqnoza əsasən 60 dollar müəyyən edilib. Gələn il investisiya xərcləri əsasən dəmir yollar, avtomobil yollarının təmiri, yeni kənd yollarının çəkilməsi, ölkənin enerji istejhsalının təmin edilməsi, təhsil, səhiyyəyə yönəldiləcək. İnvestisiya xərcləri nəticəsində 21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Bununla yanaşı 181 istehsal müəssisəsinin fəaliyyəti başlayacağı proqnozlaşdırılır ki, bu 19 min yeni iş yerinin açılmasına imkan yaradacaq. Qeyri-neft sektorunun dövlət büdcəsində payının 3.9 faiz artması proqnozlaşdırılır”.

Nazir bildirib ki, növbəti 5 ildə kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi bu sahədə inkişafa səbəb olacaq:

“Bu il turizm sektorunda 7.6 faiz artım müşahidə edilib. Gələn bu sektorda 6.7 faiz artım proqnozlaşdırılır. Yoxlamaların dayandırılandan sonra 488 yoxlama keçirilib, Yoxlamalar dayandırılmadan 35 ay əvvəl onların sayı 170 mindən çox olub”.


Müəllif: Cavad

Oxşar xəbərlər