“Bir neçə aylıq marafon tamamlandı və Gürcüstan əhalisi prinsipial seçimini etdi. Qardabani əhalisi dürüst şəkildə qalib gəldi və qanlı keçmişdən imtina etdi”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev deyib.
“Bu müddət ərzində yanımızda durub, yorulmadan çalışan insanlara “çox sağ olun” deyirəm. Biz onların sayəsində bu nəticəni əldə etdik. 28 noyabr tarixində seçki məntəqəsinə gedib, özünün və övladlarının gələcəyinə səs verən hər kəsə təşəkkür edirəm”, - deyə deputat vurğulayıb.