19 Dekabr 2018 09:19
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidenti son 15 ildə məqsədyönlü şəkildə milli, bəşəri və mütərəqqi siyasət aparır. Bu siyasətin mərkəzində isə Azərbaycan Respublikasının vətəndaşları dayanır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O qeyd edib ki, aparılan siyasət nəticəsində Azərbaycan artıq regionun bütün sahələr üzrə aparıcı dövlətinə çevrilib:

“Bu uğurlar ordu quruculuğundan da yan keçə bilməzdi. Ordumuz NATO standartlarına uyğun qurulsa da, beynəlxalq sülhməramlı missiyalarda iştirak etsə də, ermənilər qəsdən belə məlumatlar yayırdılar ki, Azərbaycan xalqı və ordusu öz torpaqlarını işğaldan azad etməyə qadir deyil. Aprel döyüşləri isə Azərbaycan ordusunun gücünü, nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. Ordumuz həmin döyüşlər zamanı yeni bir zəfər dastanı yazdı. Ermənilər və dünya ictimaiyyəti Azərbaycandan və onun ordusundan bunu gözləmirdilər. Aprel döyüşlərini önə çəkməklə cənab prezident çox düzgün addım atır. Çünki bu, bizim yeni zəfər tariximizdir”.

R.Zeyni qeyd edib ki, hərbçilərin mənzillə təmin olunması, onların digər sosial təminatlarının həyata istiqamətində də mühüm işlər görülür:

“Ümumiyyətlə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, hərbçilərin üzləşdikləri sosial məsələlərin təmin olunması Azərbaycanın dövlət siyasətinin prioritetini təşkil edir. Ona görə də bu gün xüsusi sosial islahatlar aparılır, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında proqram tələblər qoyulub. Həmin proqram tələblər yerinə yetirilir və bundan da yüksək səviyyədə yerinə yetiriləcəyi təqdirdə sosial təminat siyasəti köklü şəkildə dəyişiləcək. Hazırda ölkədə bu sahədə fundamental dəyişikliklər, işlər aparılır. Bunun da nəticəsində Azərbaycan vətəndaşlarının, eyni zamanda hərbçilərin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərin, həmçinin aztəminatlı ailələrin maddi rifah halı yaxşılaşacaq. DOST mərkəzlərinin yaradılması da o deməkdir ki, əhalinin köklü şəkildə sosial vəziyyətinin yaxşılaşmasına yönəlik çoxşaxəli və proqram xarakterli islahatlar keçirilir. Ona görə də ölkə prezidentinin apardığı bu islahatları vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları yüksək dəyərləndirir. Biz də bu islahatların aparılmasında hər zaman ölkə prezidentinə dəstək verməyə hazırıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər