“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil alır.
Teleqraf.com-un məlumatına görə, bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında bildirib.
Onun sözlərinə hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə oxuyur:
“Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacaq”.