11 Yanvar 2019 23:43
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cənab Prezidentin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda cənab Prezident geniş nitqlə çıxış etdi. Prezident çıxışında 2018-ci ildə Azərbaycanda əldə olunmuş uğurlar və nailiyyətlər haqqında ətraflı danışdı.

Bunu Teleqraf.com-a açqılamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, çıxış həm ölkəmizin iqtisadi sferasında baş verənləri, həm ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi, daxildə əldə olunmuş uğurları, Milli Ordumuzun uğurları kimi məsələləri əhatə edib. Bundan başqa dövlət başçısı aparılan islahatlar barədə geniş danışıb:

“Cənab Prezidentin də qeyd etdiyi kimi 2018-ci il Azərbaycanın iqtisadi həyatı üçün uğurlu bir olub. Statistik göstəricilərə nəzər yetirsək görərik ki, Azərbaycanın ümumi daxili məhsulu 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Ölkəmizin ümumi valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Qeyd edildiyi kimi bu artımlar təbii ki, ölkədə aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə qeyri-neft sektorunun istehsalı istiqamətində ölkə başçısının rəhbərliyi altında böyük iqtisadi layihələr icra olunur. Bu layihələr iqtisadiyyatın əsas 15 sektoru üzrə qəbul olunmuş Strateji Yol Xəritələri ilə, həm də ölkədə iqtisadi sferada qanunlara edilən dəyişikliklərlə, sahibkarlıq mühitinin inkişafı istiqamətində yaradılmış şəraitlə bağlıdır”.

2018-ci ildə Azərbaycanın böyük layihələrin açılışını qeyd etdiyini bildiriən A.Badamov əlavə edib ki, bu layihələrin ölkəyə böyük gəlirlər gətirəcəyini nəzərə alaraq həqiqətən də ötən ilin ölkəmiz üçün uğurlu il olduğunu söyləmək mümkündür.

Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda etdiyi giriş və yekun nitqində ölkə həyatının demək olar bütün sahələrinə toxunub.


Müəllif: Səxavət Həmid