Elman Abdullayev həmçinin İran səmasında vurulan pilotsuz təyyarənin guya Azərbaycan ərazisindən havaya qalxması ilə bağlı KİV-lərdə yayılan məlumatı şərh edib.
Onun sözlərinə görə, hər hansı üçüncü tərəf Azərbaycanın qonşuları ilə münasibətilərinə xələl gətirə bilməz: “Azərbaycan qonşu dövlətlərlə münasibətlərinə əhəmiyyət verir. Mehriban qonşuluq ab-havası bizim əsas prioritetlərimizdəndir. Azərbaycanın İranla tarixi mədəni bağlantıları var. Hansısa 3-cü tərəf dezinformasiya yayaraq münasibətlərimizin inkişafına xələl gətirə bilməz”.
İranın Azərbaycandakı səfiri ilə birgə sözügedən məsələ barədə hər hansı məsləhətləşmə aparılmasına gəlincə, XİN sözçüsü qeyd edib ki, Azərbaycan İran və digər qonşuları ilə daim məsləhətləşmələr aparır.
12:47
“Yezidi kürdlərinin işğal edilmiş torpaqlara yerləşdirilməsi qanunsuzdur”
XİN sözçüsü İraqda yaşayan yezidi kürdlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsinə də aydınlıq gətirib.
E.Abdullayevin sözlərinə görə, yezidi kürdlərinin işğal edilmiş torpaqlara yerləşdirilməsi qanunsuzdur. O bildirib ki, yezidi kürdlərinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi beynəlxalq hüquqa ziddir: “Demoqrafiq vəziyyətin dəyişdirilməsinə cəhd göstərilməsi 4-cü Cenevrə Konvensiyasının 49-cu bəndini pozur. Bununla Ermənistan tərəfi istənilən vəziyyətdə münaqişənin həlli prosesinə xələl gətirir. Ermənistanın dağıdıcı əməlləri bunu sübut edir. ATƏT-in Minsk qrupu tərəfindən bu məsələyə ciddi reaksiya verməlidir. ATƏT-in fakt-araşdırıcı missiyasının hesabatında bu, açıq şəkildə göstərilsə də, Ermənistan tərəfi Sahə Qiymətləndirmə Missiyasının hesabatında ermənilərin qanunsuz əməllərinin ictimailəşməsinə mane olmağa cəhd edirdi”.
12:44
E.Abdullayev Dağlıq Qarabağa qanunsuz səfərlərdən də danışıb.
O deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlər əsasən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir: “Azərbaycanla razılaşma olmadan işğal edilmiş ərazilərə edilən səfərlər qanunsuz sayılır və onların adı “qara siyahı”ya salınacaq”.
XİN sözçüsü bu yaxınlarda Dağlıq Qarabağa səfər edən rusiyalı jurnalist Anastasiya Kərimova ilə bağlı söyləyib ki, hazırda onun Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri ilə bağlı araşdırmalar aparılır: “Onun rəsmi Bakının razılığı olmadan səfər etdiyi məlum olarsa, o, Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək".
E.Abdullayev vurğulayıb ki, “qara siyahı”da təxminən 300 nəfərin adı var: “Dağlıq Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti sonradan Azərbaycan XİN-ə müraciət edirlər. Müraciətlərində bildirirlər ki, onlar Azərbaycanın işğal olunmuş torpaqlarına aldadılaraq aparılıblar. Məktub yazaraq peşman olduğunu bildirirlərsə, adları “qara siyahı”dan çıxarılır”.
“Əcnəbi turist evindəcə vizasını rəsmiləşdirə bilər”
E.Abdullayev vizaların rəsmiləşdirilməsi prosesini də izah edib. Onun sözlərinə görə, Azərbaycanda viza sisteminin rəsmiləşdirilməsi qaydası ölkə başçısının müvafiq fərmanı ilə tənzimlənir və müxtəlif qaydalarla həyata keçirilir
XİN sözçüsü deyib ki, idarələrarası avtomatlaşdırılmış mərkəzi-axtarış sistemi (İAMAS) adlı yeni sistem vasitəsilə əcnəbilər Azərbaycana gələrkən vizalarını rəsmiləşdirirlər: “Viza rəsmiləşdirilməsinin iki növü var. Bunlardan biri turist vizasıdır. Əcnəbilərin həmin vizanı əldə etmək üçün Azərbaycan səfirliyi yaxud da Baş konsulluğuna getmələrinə ehtiyac yoxdur; əcnəbi turist evində oturaraq internet vasitəsilə vizasını rəsmiləşdirə bilər. Bu qayda ölkə başçısının müvafiq fərmanı ilə tənzimlənir. İkinci üsul isə səfirliklərimizə və baş konsulluqlarımıza getməyi tələb edən adi vizalardır. Vizaların verilməsi miqrasiya məcəlləsi ilə tənzimlənir, Milli Məclis tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, gələn bütün müraciətlərə 15 iş günü ərzində baxılır”.
12:24
“Kaliforniya ştatının qətnaməsi kağız parçasından başqa bir şey deyil”
Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O vurğulayıb ki, erməni mətbuatının təqdim etdiyindən fərqli olaraq, sənəddə Dağlıq Qarabağ respublika kimi tanınmır:
“Sənəd deklarativ xarakter daşıyır. Və heç bir qüvvəsi yoxdur. Erməni lobbisi başda olmaqla erməni KİV-i və rəsmi İrəvan sadə erməniləri aldatmağa çalışır. Bu yalan məlumatları Azərbaycan dayanmadan ifşa edəcək. Ermənistan tərəfinin aldatma oyunlarını üzə çıxaracaq. Kaliforniya Senatının 40 üzvünün 17-si başda Senatın prezidenti olmaqla bu sənədi imzalamaqdan imtina edib. Erməni lobbisinin ən güclü olduğu Kaliforniya ştatında belə vəziyyət Azərbaycanın xeyrinə dəyişib. Kaliforniya senatının üzvlərinin bu yanaşması onların maliyyə gəlirinin əsiri olduğunu göstərir. İşğalı dəstəkləmək onların insan haqları və beynəlxalq hüquq normaları haqqında anlayışlarının səhv olduğunu göstərir”.
Nərgiz