11 Fevral 2019 01:15
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar orduda baş verən əsgər ölümlərinin gizlədilməsinə dair iddiaları cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Facebook hesabında sonuncu dəfə baş vermiş ölüm hadisəsinin gizlədilmədiyini, sadəcə ictimaiyyətə vaxtında məlumat verilmədiyini qeyd edib.

“Yen ilə axşamı müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın ölümü ilə bağlı informasiya verilmədi, lakin ört-basdır da etmədik. Hərbçinin ölümünün səbəbi hələ bəlli deyil. Ölüm haqqında məlumat istintaqa mane olmamaq üçün verilməyib", deyə Ovannisyan qeyd edib.


Müəllif: Teleqraf.com