19 Fevral 2019 13:51
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalif meyilli insanların son vaxtlar çağırışları artıb, aktivləşiblər. Deyəsən, Qərbdə bəzi daydayların cibləri açılıb. Bundan ilhamlananlar ölkədəki sabitliyi başqa istiqamətlərə yozmaq istəyirlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Çingiz Qənizadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili ölkədə vergi, gömrüklə bağlı həyata keçirilən islahatlara toxunub:

“Təkcə Dövlət Gömrük Komitəsində aparılan islahatlar nəticəsində dövlət büdcəsinə 1.2 milyard əlavə vəsait cəlb edilib. Bununla yanaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin keyfiyyətli qida ilə təminatı üçün ciddi addımlar atır. Lakin bu işlər mafioz qüvvələri narahat edir. Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri haqqında son zaman yayımlanan yazıların arxasında "leş mafiyası" durur. Onlar neçə illərdir keyfiyyətsiz ətləri əhaliyə sırımaqla məşğul olub. Mətbuat bu cür yazılar zamanı diqqətli olmalıdır. Bu cür yazıların arxasında müəyyən mafioz qüvvələrin durduğu unudulmamalıdır”.

Millət vəkili son vaxtlar pensiya, əmək haqlarının artırılması ilə bağlı qərarların dövlətin xalqın sosial rifahının artırılmasında maraqlı olduğunu xəbər verdiyini bildirib:

“Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik təkcə əmanətçi deyil, bankların marağına uyğundur. Bununla yanaşı banklar da faiz dərəcələrinə diqqət yetirməlidir. Kreditlərin faiz dərəcələri azaldılmalıdır. Çünki bu faizlərlə kredit götürən vətəndaşlar sonra böyük çətinliklə üzləşir”.


Müəllif: Gülxar

Oxşar xəbərlər