1 Mart 2019 00:42
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Təhsil Nazirliyi ölkədə yayılan “Azərbaycan nağılları” kitabı ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Nazirlik kitablarən “Save the children” beynəlxalq təşkilatının proqramı çərçivəsində hazırlandığını və uşaqlarda tolerantlığın inkişafı məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, sözügedən kitab hələ 2008-ci ildə Təhsil Nazirliyinin ayırdığı qrantla dərc edilib. Kitaba Azərbaycan, Gürcüstan və Ermənistan xalqlarının nağıl və hekayələri daxil edilib. Həmin toplu 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyəsi ilə, 2019-cu ildə isə Ermənistan Qırmızı Xaç Cəmiyyətinin təşəbbüsü ilə yenidən dərc edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər