2 Sentyabr 2014 12:40
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin avqust ayında 59 ton atomobil benzini, 101 min 376 ton dizel yanacağı, 19 min 933 ton təyyarə yanacağı, 239 ton soba mazutu və 70 min 452 ton vakuum qazoylu ixrac edib.

ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, ümumilikdə, 2014-cü ilin yanvar-avqust ayları ərzində 745 ton avtomobil benzini, 629 min 606 ton dizel yanacağı, 119 min 715 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 285 min 882 ton vakuum qazoylu ixrac edilib. 2014-cü ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 938,29 dollar, təyyarə yanacağının - 926,29 dollar, dizel yanacağının - 863,44 dollar, 1% kükürdlü mazutun qiyməti 573,96 dollar təşkil edib.

Naibə


Müəllif: