2 Aprel 2019 21:13
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu barədə fikirləri rəsmi “Instagram” səhifəsində yazılıb:

"Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".

https://www.instagram.com/p/Bvwna2Vg73W/?utm_source=ig_share_sheet&igshid=xvloy7l5aejp


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər