14 Aprel 2019 15:58
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook", "İnstagram" və "Whatsapp"ın işində problemlər yaranıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, isitfadəçilər profilə daxil olmaqda, yazışmaqda və proqrama qoşulmaqda problemlərlə üzləşiblər.

Problemlər əsasən Böyük Britaniya, Fransa, İtaliya, Yunanıstan və Çexiyada qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda da sosial şəbəkələrin işində problemlər müşahidə edilir.


Müəllif: Teleqraf.com