27 Aprel 2019 17:33
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 pilotlarının sıralama turunda qəza baş verib.

Teleqraf.com xəbər verir ki, “Williams”ın heyətində Robert Kubitsanın idarə etdiyi bolid təhlükəsizlik baryerinə çırpılıb. Bolidin ön təkəri tamamilə sıradan çıxıb.

Qəza qoşa qala qapılarının yaxınlığında olub, bolid trekdən evakuasiya edilib.

Qeyd edək ki, sıralama turunda “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər