23 May 2019 20:42
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soydaşımız Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə zavodun yaydığı press-relizdə məlumat verilib. A.Şirinov həm də “Ford Sollers” birgə müəssisəsinin prezidentidir.

O, 1964-cü ildə Bakıda doğulub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib. Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib.

UAZ Rusiyanın “Sollers” konserninə daxildir. Hazırda zavod “Hanter”, “Patriot”, “Pikap” markalı avtomobillərin, eləcə də güc strukturları üçün nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər