Gürcüstan patriarxı II İlya Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, patriarx Gürcüstan və Azərbaycan arasında intensiv danışıqların ədalətli qərarla yekunlaşacağına ümidvar olduğunu bildirib.
II İlya müraciətində Gürcüstan və Azərbaycan hakimiyyətini iki dövlət və xalq arasındakı dostluq münasibətlərinin qorunub saxlanılması və dərinləşdirilməsi məqsədilə intensiv danışıqlar aparmağa çağırıb.
O, məbəd kompleksi ilə bağlı danışıqlarda kilsənin fəal şəkildə iştirak etməyə hazır olduğunu bildirib: “Ümid edirik ki, hər iki tərəf problemin həllinə nail olacaq. Bununla yanaşı Azərbaycan dövləti və xalqını Müstəqillik günü münasibətilə təbrik edərək, əmin-amanlıq və tərəqqi arzu edirik”.
Patriarx hər kəsi məsələ ilə bağlı gərginlik yaratmamağa və təmkinli olmağa çağırıb.