11 İyun 2019 19:33
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 11-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər