Mədəniniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu ilin əvvəlində mədəniyyət xadimləri ilə görüşündən sonra görülən işlər barədə fikrilərini jurnalistlərlə bölüşüb.
Teleqraf.com xəbər verir ki, nazir deyib:
“Görüş zamanı Bakı şəhərində bir neçə görkəmli şəxsiyyətə heykəllərin qoyulması məsələsi qaldırıldı. Qeyd edim ki, bu istiqamətdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi altında komissiya işləyir.
Komissiyaya görkəmli memarlarımız daxildir. Hacı Zeynalabdin Tağıyevin və Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlanır. Bu heykəllərin qoyulma yeri geniş ictimaiyyətin, memarların, heykəltaraşların iştirakı ilə müəyyən olunmalıdır.
Mənim barmağımla göstərərək “filan heykəli filan yerdə ucaldın” deməyim mümkün deyil. Bu, yaradıcı bir prosesdir. Biz o təkliflərin hər birinə açıq heykəltaraşlıq müsabiqəsi yolu ilə baxmalıyıq və rəhbərliyə təqdim edəcəyik”.