12 Sentyabr 2014 15:17
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Müdafiə Qüvvələri Komandanının müdafiə məsələləri üzrə məsləhətçisi general-mayor Əbdüləziz bin Əhməd Əl-Xəlifəni qəbul edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumat görə, görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif: