18 Avqust 2019 16:46
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordumuz bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən bildiriblər ki, təbliğat məqsədilə yayılan bu xəbərin heç bir əsası yoxdur: "Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır.

Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər