16 Sentyabr 2019 19:39
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossotrudniçestvo” Həştərxan Dövlət Universitetinin dəstəyi ilə sentyabrın 28-29-da “Xəzəryanı bölgə ölkələrinin qardaşlaşmış şəhərləri arasında əməkdaşlığın inkişafı perspektivləri” mövzusunda Beynəlxalq forum keçirəcək.

Teleqraf.com xəbər verir ki, tədbirin proqramı tematik modulları və bələdiyyələr səviyyəsində aktual mədəni-humanitar məsələlərə dair beynəlxalq əməkdaşlıq üzrə bölmələri ehtiva edir. Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərləri arasında görüşün əsas məqsədi isə bələdiyyə administrasiyaları, biznesmenlər, elm xadimləri və ekspertlər arasında açıq dialoq üçün şəraitin yaradılmasıdır.

Forumda tanınmış rusiyalı ekspertlər, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın elmi ictimaiyyətinin və ictimai təşkilatlarının nümayəndələri, qardaşlaşmış şəhərlərin administrasiyalarının təmsilçiləri, Rusiya Federasiyasının federal nazirlikləri və idarələrinin, həmçinin subyektlərinin hakimiyyət orqanlarının əməkdaşları iştirak edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər